London görüşündən imtina İrəvanın Bakı ilə müzakirələrdən boyun qaçırdığını göstərir - RƏY

London görüşündən imtina İrəvanın Bakı ilə müzakirələrdən boyun qaçırdığını göstərir - RƏY Ermənistanın baş naziri Nikol Paşinyan Londonda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən imtina etməsi onu göstərir ki, rəsmi İrəvan ciddi məsələləri müzakirə etməkdən boyun qaçırır.
Xarici siyasət
24 İyul , 2024 12:24
London görüşündən imtina İrəvanın Bakı ilə  müzakirələrdən boyun qaçırdığını göstərir - RƏY

Ermənistanın baş naziri Nikol Paşinyanın Londonda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən imtina etməsi onu göstərir ki, rəsmi İrəvan Bakı ilə ciddi məsələləri müzakirə etməkdən boyun qaçırır.

Bunu “Report”a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

O qeyd edib ki, Ermənistan gündəlikdə olan iki məsələ - Ermənistan Konstitusiyasında dəyişikliyin edilməsi və ATƏT-in Minsk qrupundan imtina üzrə konkret addımlar atmağa tələsmir:

“Bunların fərqli səbəbləri var. Məsələn, İrəvanın ATƏT-in Minsk qrupunun buraxılmasını istəməməsinin səbəbi orada Fransa və ABŞ-nin təmsil olunmasıdır. Ermənistanın hələ də onların institusional yardımına ehtiyacı var. Digər tərəfdən, İrəvan Konstitusiyaya dəyişiklik edilməsi prosesini uzatmaqda maraqlıdır”.

Siyasi şərhçi bildirib ki, Ermənistanda Konstitusiyaya dəyişikliklərin edilməsi yalnız 2026-cı ildə - ölkədə növbəti parlament seçkiləri keçirildikdən sonra real görünür:

“Hazırda görünən odur ki, Ermənistan bu məsələlərin Azərbaycanla müzakirəsindən boyun qaçırır, ona görə də London görüşü baş tutmadı. Mövcud məsələ ətrafında müxtəlif ehtimallar var. İrəvanın bu addımı Fransanın diqtəsi ilə atması da həmin fərziyyələrdən biridir. Bu ehtimal doğrularsa, deməli, başqa ölkələrin təsiri altında olan Ermənistan müstəqil siyasət aparmaq iqtidarında deyil”.

Son xəbərlər

Orphus sistemi