Ma Çi: “Pekində açılan yeni Azərbaycan Ticarət Evi ölkələr arasında mədəni mübadilədə mühüm rol oynayacaq”

Ma Çi: “Pekində açılan yeni Azərbaycan Ticarət Evi ölkələr arasında mədəni mübadilədə mühüm rol oynayacaq” “Sentyabrın əvvəlində Pekində açılan Azərbaycan Ticarət Evi ölkələr arasında ticari-mədəni mübadilə baxımından mühüm rol oynayacaq”.
Xarici siyasət
27 Sentyabr , 2023 12:49
Ma Çi: “Pekində açılan yeni Azərbaycan Ticarət Evi ölkələr arasında mədəni mübadilədə mühüm rol oynayacaq”

“Sentyabrın əvvəlində Pekində açılan Azərbaycan Ticarət Evi ölkələr arasında ticari-mədəni mübadilə baxımından mühüm rol oynayacaq”.

Bunu “Report”a müsahibəsində Çinin Azərbaycandakı səfirliyinin ticarət və iqtisadi məsələlər üzrə müşaviri Ma Çi deyib.

“Bu, həmçinin Azərbaycanın milli imicinin formalaşmasına, “Made in Azerbaijan” brendlərinin tətbiqinə və populyarlaşmasına, Azərbaycan və Çin arasında ticarət əlaqələrinin daha səmərəli təşviqinə töhfə verəcək”, - o vurğulayıb.

Onun sözlərinə görə, ticarət evi ixtisaslaşmış Azərbaycan məhsullarının Çinə tədarükünü asanlaşdıracaq və bir çox çinli sahibkara Azərbaycan bazarı və istehsal sahələri haqqında intuitiv anlayış vermiş olacaq: “Düşünürəm ki, böyük Çin bazarı və böyük istehlak tələbi Azərbaycan üçün çoxlu inkişaf imkanları açacaq”.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Son xəbərlər

Orphus sistemi