Macarıstan səfiri Ələt Azad İqtisadi Zonasının tikinti sahəsinə baş çəkib

Macarıstan səfiri Ələt Azad İqtisadi Zonasının tikinti sahəsinə baş çəkib Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma Ələt Azad İqtisadi Zonasının tikinti sahəsinə baş çəkib.
Xarici siyasət
4 Noyabr , 2022 10:19
Macarıstan səfiri Ələt Azad İqtisadi Zonasının tikinti sahəsinə baş çəkib

Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma Ələt Azad İqtisadi Zonasının tikinti sahəsinə baş çəkib.

"Report" xəbər verir ki, bu barədə Ələt Azad İqtisadi Zonasının tviter səhifəsində paylaşım edilib.

Paylaşımda bildirilir ki, Ələt Azad İqtisadi Zonasının administrasiyasının kollektivi səfir üçün təqdimat keçirib, daha sonra o, logistika və infrastruktur obyektləri ilə tanış olub.

Bildirilib ki, Ələt Azad İqtisadi Zonasının ümumi sahəsi 850 hektar olacaq. Zonanın yaradılmasında əsas məqsədlərdən biri innovativ texnologiyalardan istifadə etməklə xidmət göstərən investorları cəlb etmək, bu şirkətlərin Azərbaycan şirkətləri ilə əməkdaşlığının təmin edilməsi ilə ölkə iqtisadiyyatının dinamik və davamlı inkişafına töhfə vermək, habelə on minlərlə yeni iş yeri yaratmaqdır.

Son xəbərlər

Orphus sistemi