Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
"Report"un xəbərinə görə, məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Milli bayramınız - Respublika Günü münasibətilə Fələstin Dövləti və xalqı adından, şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyur, Sizə, hökumətinizə və qardaş xalqınıza xeyir-bərəkət və tərəqqi arzulayıram.
Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz və xalqlarımız arasında mövcud olan və onların mənafeyinə xidmət edən qardaşlıq əlaqələrinin möhkəmləndirilməsini arzulayıram. Xalqımızın azadlığa və müstəqilliyə nail olması üçün onun qanuni hüquqlarına verdiyiniz həmrəylik dəstəyinizi və mövqeyinizi yüksək qiymətləndirirəm.
Sizə cansağlığı və xoşbəxtlik, Azərbaycan Respublikasına və qardaş xalqınıza daim tərəqqi və firavanlıq arzulayıram.
Əziz qardaşım, ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm".