Malayziya xarici işlər nazirinin müavini Kəmərüdin Cəfər bu həftə Azərbaycana işgüzar səfər edəcək.
“Report” xəbər verir ki, Malayziya XİN-in məlumatına görə, İordaniya səfərindən sonra Bakıya gələcək nazir müavininin burada xarici işlər naziri Ceyhun Bayramovla görüşü nəzərdə tutulub. Görüşdə iki ölkə arasındakı əməkdaşlığın daha da genişləndirilməsi, o cümlədən koronavirus pandemiyasından sonrakı dövrdə iqtisadi və ticarət əlaqələrinin gücləndirilməsi müzakirə olunacaq.
Səfər yanvarın 23-də başa çatacaq.
Qeyd edək ki, iki ölkə arasında 2021-ci ilin yanvar – oktyabr dövründəki ticarət dövriyyəsi 28,8 milyon dollar təşkil edib.