Soçidə Azərbaycan, Rusiya və Ermənistan Xarici İşlər nazirliklərinin nümayəndələri arasında görüş və danışıqlar olmayıb.
“Report” xəbər verir ki, bunu Rusiya XİN sözçüsü Mariya Zaxarova deyib.
O sadəcə 3 ölkənin XİN başçılarının söhbət etdiklərini, müzakirə apardıqlarını söyləyib: "Bu nümayəndə heyətlərinin danışıqları deyildi".
Qeyd edək ki, oktyabrın 31-də Soçidə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü olub. Liderlər müzakirələrin sonunda bəyanat imzalayıblar.