Metyu Brayza: "Aİ komissarının açıqlaması Azərbaycana verilən əhəmiyyəti göstərir"

Metyu Brayza: "Aİ komissarının açıqlaması Azərbaycana verilən əhəmiyyəti göstərir" Avropa İttifaqı genişləmə və qonşuluq komisarı Oliver Varhelyinin Azərbaycanı güclü tərəfdaşları olaraq dəyərləndirməsi, həmin ölkə ilə əməkdaşlığı daha da artırmaq istədiklərini bildirməsi Azərbaycanın əhəmiyyətinə dair Aİ-nin ənənəvi yüksək fikirlərini
Xarici siyasət
9 İyul , 2021 17:42
Metyu Brayza: Aİ komissarının açıqlaması Azərbaycana verilən əhəmiyyəti göstərir
Metyu Brayza

"Avropa İttifaqı qonşuluq və genişlənmə komissarı Oliver Varhelyinin Azərbaycanı güclü tərəfdaş olaraq dəyərləndirməsi, əməkdaşlığı daha da artırmaq istədiklərini bildirməsi Aİ-nin uzun müddətdir Azərbaycana verdiyi yüksək əhəmiyyəti əks etdirir".

Bunu “Report”a ABŞ-ın Atlantik Şurası (Atlantic Council) beyin mərkəzinin böyük elmi işçisi, beynəlxalq ekspert, Azərbaycandakı keçmiş səfir Metyu Brayza Aİ rəsmisinin Bakıdakı açıqlamalarına münasibət bildirərkən deyib.

Onun fikrincə, münaqişədən sonrakı dövrdə Zəngəzur dəhlizinin reallaşması halında Azərbaycanın Aİ üçün əhəmiyyəti bir qədər də arta bilər.

“Türkmənistandan Azərbaycan vasitəsilə təbii qaz da nəql edilməyə başlasa, ölkənizin tranzit dəhlizi olaraq əhəmiyyəti daha da artacaq” – deyə, amerikalı ekspert qeyd edib.

Son xəbərlər

Orphus sistemi