Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko yenidən MDB Parlament Assambleyası Şurasının sədri seçilib.
“Report”un Rusiya bürosu xəbər verir ki, MDB Parlament Assambleyası Şurasının Sankt-Peterburqda keçirilən sessiyası çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova Valentina Matviyenkonun namizədliyini irəli sürüb.
Bütün tədbir iştirakçıları Qafarovanın qərarını dəstəkləyiblər.