MDB: Azərbaycanda keçiriləcək seçkilərə müşahidəçi göndərməyə hazırıq

MDB: Azərbaycanda keçiriləcək seçkilərə müşahidəçi göndərməyə hazırıq MDB müşahidəçilər missiyası rəsmi dəvətdən sonra Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərinin monitorinqində iştirak etməyə hazırdır.
Xarici siyasət
5 İyul , 2024 16:45
MDB: Azərbaycanda keçiriləcək seçkilərə müşahidəçi göndərməyə hazırıq

MDB müşahidəçilər missiyası rəsmi dəvətdən sonra Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərinin monitorinqində iştirak etməyə hazırdır.

Bu barədə "Report"a qurumun mətbuat xidmətindən məlumat verilib.

"Biz rəsmi dəvət gözləyirik və dərhal missiyanın formalaşmasına başlayacağıq", - məlumatda qeyd edilib.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Son xəbərlər

Orphus sistemi