Meksikanın nüfuzlu universitetində Qarabağdakı reallıqlardan bəhs edilib

Meksikanın nüfuzlu universitetində Qarabağdakı reallıqlardan bəhs edilib Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov Meksikanın ən qabaqcıl və nüfuzlu ali təhsil müəssisəsi olan Monterrey Texnoloji İnstitutunun Sosial Elmlər və Hökumət fakültəsində “Münaqişə və danışıqlar” proqramı üzrə təhsil alan tələbələrlə görüşüb.
Xarici siyasət
5 Oktyabr , 2023 09:23
Meksikanın nüfuzlu universitetində Qarabağdakı reallıqlardan bəhs edilib

Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov Meksikanın ən qabaqcıl və nüfuzlu ali təhsil müəssisəsi olan Monterrey Texnoloji İnstitutunun Sosial Elmlər və Hökumət fakültəsində “Münaqişə və danışıqlar” proqramı üzrə təhsil alan tələbələrlə görüşüb.

“Report” xəbər verir ki, keçmiş münaqişə və regionun reallıqları barədə geniş təqdimatla çıxış edən diplomat erməni təcavüzünün tarixi, 30 illik işğal dövründə ölkəmizin qarşılaşdığı çətinliklər, üzləşdiyi ikili standartlar, daha sonra 44 günlük müharibə və nəticələri, regiondakı yeni reallıqlar, davam edən sülh prosesi, eləcə də ölkəmizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, məcburi köçkünlərin qayıdışının təhlükəsiz şəkildə həyata keçirilməsi haqda məlumat verib.

Konfransda, həmçinin sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbiləri və onun nəticələri, Qarabağda qondarma cinayətkar rejimin özünü buraxması nəticəsində Azərbaycanın suverenliyinin tam bərpa edilməsi, habelə Qarabağın erməni sakinlərinin reinteqrasiyası prosesi barədə məlumat verilib.

Bundan əlavə, Meksika ilə Azərbaycan arasındakı ikitərəfli əlaqələr, ölkələrimiz arasında mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlıq imkanlarının genişləndirilməsi, eləcə də xarici tələbələr üçün ölkəmizdə mövcud olan təhsil imkanları, təcrübə və təqaüd proqramları barədə məlumat verilib, həmçinin auditoriya tərəfindən ünvanlanan suallar cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi