Meksikanın yeni səfiri Bakıya gəlib

Meksikanın yeni səfiri Bakıya gəlib Meksikanın Azərbaycandakı yeni səfiri Viktoriya Romero Bakıya gəlib.
Xarici siyasət
8 Dekabr , 2022 17:40
Meksikanın yeni səfiri Bakıya gəlib

Meksikanın Azərbaycandakı yeni səfiri Viktoriya Romero Bakıya gəlib.

Səfirliyin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, Viktoriya Romero etimadnaməsinin surətini Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi Ramil Rzayevə təqdim edib.

Görüş zamanı tərəflər Azərbaycan ilə Meksika arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər.

Xatırladaq ki, V.Romerodan əvvəl Meksikanın ölkəmizdəki diplomatik missiyasına Rodriqo Labardini rəhbərlik edib.

Son xəbərlər

Orphus sistemi