MM nümayəndə heyəti Bolqarıstanda Heydər Əliyevin 100 illiyinə həsr edilən ağacəkmə aksiyasında iştirak edib

MM nümayəndə heyəti Bolqarıstanda Heydər Əliyevin 100 illiyinə həsr edilən ağacəkmə aksiyasında iştirak edib Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətinin Bolqarıstan Respublikasına rəsmi səfəri davam edir.
Xarici siyasət
12 Sentyabr , 2023 10:28
MM nümayəndə heyəti Bolqarıstanda Heydər Əliyevin 100 illiyinə həsr edilən ağacəkmə aksiyasında iştirak edib

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətinin Bolqarıstan Respublikasına rəsmi səfəri davam edir.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, nümayəndə heyəti Bolqarıstanda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyasında iştirak edib.

Parlament nümayəndə heyəti bu məqsədlə Sofiya şəhərində yerləşən Bakı küçəsinə gəlib. Burada yerləşən parkda spiker Sahibə Qafarova və nümayəndə heyətinin üzvləri ağac əkiblər.

Son xəbərlər

Orphus sistemi