Moldova Prezidenti İlham Əliyevə məktub yazıb

Moldova Prezidenti İlham Əliyevə məktub yazıb Moldova Respublikasının Prezidenti Maya Sandu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu yazıb.
Xarici siyasət
31 May , 2022 16:26
Moldova Prezidenti İlham Əliyevə məktub yazıb
İlham Əliyev

Moldova Respublikasının Prezidenti Maya Sandu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu yazıb.

"Report"un xəbərinə görə, məktubda deyilir:

"Zati-aliləri.

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi-qəlbdən möhkəm cansağlığı, sülh və firavanlıq diləyirik. Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Sizi təbrik edirik.

Ötən üç onillikdə ölkələrimiz arasında əməkdaşlıqda yüksəliş tendensiyası müşahidə olunur. Şadam ki, Moldova Respublikası və Azərbaycan Respublikası son vaxtlar ticarət, investisiya, enerji, kənd təsərrüfatı və mədəniyyət kimi bir çox sahələrdə ikitərəfli əməkdaşlığı daha da intensivləşdirmək niyyətindədirlər.

Mən, həmçinin COVID-19 pandemiyasmın nəticələri ilə mübarizədə köməyə və Ukraynadan olan qaçqınlara tibbi yardım göstərilməsində humanitar dəstəyə görə Sizə təşəkkür etmək istəyirəm.

Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında münasibətlərin daha da inkişaf edəcəyinə əminəm.

Hörmətli cənab Prezident, Sizə olan ən yüksək ehtiramımı qəbul edin".

Son xəbərlər

Orphus sistemi