Moldovanın Azərbaycandakı səfirliyi əməkdaşlarının koronavirusa yoluxması səbəbindən konsulluq xidmətlərini dayandırıb.
"Report" xəbər verir ki, bu barədə səfirliyin bəyanatında deyilir.
“Bəzi əməkdaşların COVID-19-a yoluxması ilə əlaqədar olaraq, səfirlik Moldova Respublikası vətəndaşlarına bildirir ki, 22 aprel-2 may tarixləri arasında konsulluq xidmətləri göstərilməyəcək”, - məlumatda deyilir.