Moratinos: Müxtəlif fikirlərə rəğmən, Azərbaycanın COP29-a evsahibliyi yüksək səviyyədə baş tutdu

Moratinos: Müxtəlif fikirlərə rəğmən, Azərbaycanın COP29-a evsahibliyi yüksək səviyyədə baş tutdu Azərbaycan BMT-nin COP29 tədbirinə uğurla ev sahibliyi etdi. Müxtəlif fikirlərə rəğmən, COP29 Azərbaycanın evsahibliyi ilə yüksək səviyyədə baş tutdu.
Xarici siyasət
26 Noyabr , 2024 10:49
Moratinos: Müxtəlif fikirlərə rəğmən, Azərbaycanın COP29-a evsahibliyi yüksək səviyyədə baş tutdu
Migel Anxel Moratinos

Müxtəlif fikirlərə rəğmən, COP29 Azərbaycanın evsahibliyi ilə yüksək səviyyədə baş tutdu.

"Report" xəbər verir ki, bu sözləri BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Anxel Moratinos Portuqaliyada Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ilə görüşündə deyib.

Moratinos Şeyxülislam A.Paşazadənin Portuqaliyanın Kaşkai şəhərində keçirilən BMT Sivilizasiyalar Alyansının "Sülhdə birlik — etimadın bərpası, gələcəyin yenidən formalaşdırılması" mövzusunda 10-cu Yubiley Qlobal Forumunda iştirak etməsini yüksək dəyərləndirərək, QMİ sədrinin müdrik fikir və yanaşmalarının böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Şeyxülislam A.Paşazadəni COP29 çərçivəsində Dini Liderlərin Qlobal Sammitinin uğurla keçirilməsi münasibətilə təbrik edən M.A.Moratinos şəxsən iştirak etdiyi bu tədbirlə bağlı müxtəlif iştirakçılardan və nümayəndə heyətlərindən müsbət rəylər aldığını məmnunluqla vurğulayıb. O, dini liderlərin Qarabağa geniş tərkibdə səfərinin olduqca böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

M.A.Moratinos xüsusi qeyd edib ki, hər iki qlobal tədbir Azərbaycan Lideri İlham Əliyevin müdrik siyasətinin, qlobal təfəkkürünün məntiqi nəticəsi, uğurlu təzahürüdür.

Şeyxülislam A.Paşazadə öz növbəsində M.A.Moratinosa qlobal tədbirə dəvətə görə minnətdarlığını ifadə edib. Həmçinin BMT Baş Katibi Antoniu Quttereşə COP29 çərçivəsində Dini Liderlərin Qlobal Sammitinə ünvanlı videomüraciətinə görə səmimi təşəkkürlərini bildirib. M.A.Moratinos bu təşəkkürləri Şeyxülislamın X Qlobal Sammit çərçivəsində BMT Baş Katibinə şəxsən bildirmək imkanına malik olacağını qeyd edib.

O, Şeyxülislamın "Bəşəriyyət naminə iyirmi illik dialoq: keçdiyimiz dərslər üzərində düşünmək və irəliyə doğru yol açmaq" mövzusunda ilk plenar toplantısında və "Dini məkanların mühafizəsi üzrə qlobal konfrans"ında çıxışlar edəcəyinə toxunaraq, plenar toplantının olduqca mühüm əhəmiyyət daşıdığına işarə edib. BMT Sivilizasiyalar Alyansı rəsmisinin Qarabağı tərk etmiş erməniləri əcdadlarının qəbirlərini ziyarət edə biləcəkləri ilə bağlı sualına cavab olaraq bildirilib ki, bu məsələ yalnız Azərbaycan qanunvericiliyi çərçivəsində həllini tapa bilər.

Şeyxülislam A.Paşazadə BMT Sivilizasiyalar Alyansının yaranmasının iyirmi illiyinə həsr olunmuş X Qloal Forumda gələcəkdə siyasi liderlərlə yanaşı, dini liderlərin də birgə iştirak edəcəkləri qlobal forum keçirilməsi və BMT Sivilizasiyalar Alyansı çərçivəsində dini liderlərin Məşvərət Şurasının yaradılması barədə təkliflərini bildirib. M.A.Moratinos bu təklifləri təqdir edərək bəyəndiyini bildirib.

Son xəbərlər

Orphus sistemi