“Azərbaycan və İsrail arasında hərbi əməkdaşlıq Yaxın Şərq regionunun təhlükəsizliyi üçün vacibdir”.
Bunu “Report”a açıqlamasında siyasi elmlər namizədi, millətlərarası dini münasibətlər üzrə ekspert Moses Bekker deyib.
O bildirib ki, İsrail xüsusilə silah sahəsində yüksək innovativ texnologiyalara malik ölkədir: “İsrail də öz növbəsində Azərbaycanın Cənubi Qafqazın lider dövləti olan ölkə kimi strateji əhəmiyyətini anlayır”.
Politoloq qeyd edib ki, iki ölkə arasında əlaqələrin hərbi sahədə də inkişaf etməsi təəccüblü deyil: “Hesab edirəm ki, bu dostluq gələcəkdə də davam edəcək, çünki bu, hər iki ölkə üçün faydalıdır”.
Ekspert Bakıya gələn israilli turistlərin sayının sürətlə artdığını da vurğulayıb.