Moskvada “Dağ Yəhudiləri İttifaqı”nda Heydər Əliyevin 100 illik yubileyi münasibətilə kitab təqdimatı keçiriləcək

Moskvada “Dağ Yəhudiləri İttifaqı”nda Heydər Əliyevin 100 illik yubileyi münasibətilə kitab təqdimatı keçiriləcək Oktyabrın 18-də Rusiyanın paytaxtı Moskva şəhərində
Xarici siyasət
16 Oktyabr , 2023 20:24
Moskvada “Dağ Yəhudiləri İttifaqı”nda Heydər Əliyevin 100 illik yubileyi münasibətilə kitab təqdimatı keçiriləcək

Oktyabrın 18-də Rusiyanın paytaxtı Moskva şəhərində Azərbaycanın Rusiyadakı Gənc Diplomatlar İttifaqının və “Alef” yəhudi hərəkatının sədri Abram İxiilovun Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr etdiyi “Kiçik xalqın böyük yolu. Dağ yəhudiləri Azərbaycanda” kitabının təqdimat mərasimi keçiriləcək.

“Report”un Rusiya bürosunun məlumatına görə, tədbir “Dağ Yəhudiləri İttifaqı” regional ictimai təşkilatının binasında keçiriləcək.

Təqdimatda tanınmış mədəniyyət, incəsənət və elm xadimləri, Heydər Əliyev Fondunun və STMEGI fondunun Rusiyanın Azərbaycan Gəncləri İttifaqının (AMOR), “Alef” yəhudi hərəkatının, Azərbaycanın Rusiyadakı Gənc Diplomatlar İttifaqının nümayəndələri iştirak edəcəklər.

Həmçinin təqdimat zamanı beynəlxalq əməkdaşlığın perspektivləri və şəxsiyyətin tarixin inkişafına təsirinin fəal müzakirəsinın aparılması planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi