Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradılmasının 30-cu ilində Moskvada “MDB İqtisadi İnkişaf Biznes Mərkəzi” Assosiasiyası MDB İcraiyyə Komitəsinin dəstəyi ilə “MDB - 30 il” şüarı altında beynəlxalq iqtisadi forum keçirir.
“Report”un Rusiya bürosunun məlumatına görə, forum çərçivəsində ənənəvi olaraq MDB İcraiyyə Komitəsinin sədri – MDB-nin icraçı katibi Sergey Lebedevin rəhbərlik edəcəyi plenar iclas keçiriləcək.
Plenar iclas MDB İqtisadi Şurasının növbəti iclası ilə birlikdə keçiriləcək. Şuranın iclasına baş nazir müavinləri, Birlik ölkələrinin nazirləri, iqtisadi inkişaf, maliyyə, inteqrasiya, sənaye və ticarət nazirliklərinin rəhbərləri, ekspert cəmiyyətinin, ticarət-sənaye palatalarının, sahə birliklərinin, bank strukturlarının və biznes dairələrinin nümayəndələri qatılacaqlar.
İclasdan əlavə, onlayn qaydada sərgi marketpleysi - MDB ölkələrinin şirkətləri, malları, bölgələri haqqında məlumatların olduğu elektron platforma, turizm konqresi – “Dünya elementləri” marafonu, “COVID-19 pandemiyasının dünya dövlətlərin iqtisadiyyatına mənfi təsirləri” mövzusunda dəyirmi masa keçirilir.