Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun vəfatı ilə bağlı onun ailəsinə və Azərbaycan xalqına başsağlığı verib.
“Report” xəbər verir ki, türkiyəli nazir bu barədə öz tvitter səhifəsində yazıb.
“Can Azərbaycanın gənclər və idman naziri, qardaşımız Azad Rəhimovun vəfatı xəbərini böyük bir kədər hissi ilə qarşıladım. Mərhuma Allahdan rəhmət, onun ailəsinə və bütün azərbaycanlı qardaşlarımıza səbir və başsağlığı diləyirəm. Məkanı cənnət olsun”, - M.Cavuşoğlu tvitində yazıb.
Can #Azerbaycan’ın Gençlik ve Spor Bakanı Azad Rahimov kardeşimizin vefatını büyük üzüntüyle öğrendim. Merhuma Allah’tan rahmet, ailesine ve tüm Azerbaycanlı kardeşlerimize sabır ve başsağlığı diliyorum. Mekanı cennet olsun.