Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan Fövqəladə Hallar Nazirliyinin həkimlərinə təşəkkür edib.
"Report"un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, o, bu barədə FHN-in Kahramanmaraş şəhərində fəaliyyət göstərən mobil səhra hospitalında olarkən deyib.
"Sağ olun, qardaşlar! Allah qüvvət versin!, - Çavuşoğlu bildirib.