"Bizim olan nə varsa Azərbaycanındır".
"Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada çıxışı zamanı deyib.
Nazir bildirib ki, Türkiyə müdafiə sənayesi sahəsindəki uğurlarını artırmalıdır:
“Artıq müdafiə sənayesi ilə bağlı ehtiyaclarımızın 80 faizi yerli istehsaldır. Amma, bu, kifayət deyil. Müdafiə sənayesindəki işlərimizi davam etdirməliyik”.
O xatırladıb ki, Azərbaycan Ermənistanın torpaqlarını işğal etməyib:
“Əksinə, 30 ildən sonra öz torpaqlarını azad edib”.