Mövlud Çavuşoğlu: "Qarabağda Azərbaycan bayrağının dalğalanması Qərbin xoşuna gəlmir"

Mövlud Çavuşoğlu: "Qarabağda Azərbaycan bayrağının dalğalanması Qərbin xoşuna gəlmir" "Artıq Qarabağda şanlı Azərbaycan bayrağı dalğalanır. Bu Qərbin xoşuna gəlmir”.
Xarici siyasət
8 May , 2023 12:37
Mövlud Çavuşoğlu: Qarabağda Azərbaycan bayrağının dalğalanması Qərbin xoşuna gəlmir
Mövlud Çavuşoğlu

"Artıq Qarabağda şanlı Azərbaycan bayrağı dalğalanır, amma bu Qərbin xoşuna gəlmir”.

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Lider haber” TV-yə müsahibəsində deyib.

O bildirib ki, Türkiyə istehsalı olan PUA-ların Qarabağdakı fəaliyyətinin pisləməsi də bununla bağlıdır: “Halbuki bizim texnikalarımızın Ukraynada gördüyü işləri tərifləyirdilər”.

M.Çavuşoğlu söyləyib ki, Türkiyə hər bir məsələdə əvvəlcə öz mənfəətlərini nəzərə alır: “Qərbin dedikləri ilə oturub-durmuruq. Rusiya ilə əlaqənin kəsməyin, bu dövlətə sanksiya tətbiq etməyin bizə faydası yoxdur, əksinə ziyanı var”.

Son xəbərlər

Orphus sistemi