“Münhen Təhlükəsizlik Konfransında Cənubi Qafqaz regionuna həsr ediləcək ayrıca panel təşkil olunacaq və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili paneldə iştirak edəcək”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, İ.Qaribaşvili bölgədə dayanıqlı sülhün təminatı ilə bağlı mövqeyini və fikirlərini geniş şəkildə təqdim edəcək.
Hökumət başçısı konfrans çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib. Gürcüstan nümayəndə heyətinə daxil olan müdafiə naziri Cuanşer Burçuladze deyib ki, İ.Qaribaşvili bütün görüşlərdə Qafqazda sülhün önəmini vurğulayır.