“Türkiyə-Azərbaycan birliyinin sevincini yaşayırıq və bu birliyin daha da möhkəmlənməsini arzulayırıq”.
“Report”un xəbərinə görə, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop ADA Universitetində keçirilən VII Beynəlxalq Sosial Elmlər Konqresində çıxışı zamanı deyib.
“Bizim arzumuz Azərbaycanın haqq səsinin beynəlxalq aləmdə də eşidilməsidir”, - TBMM sədri əlavə edib.
Onun sözlərinə görə, bugünkü konqres Qarabağ məsələsinin də dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında faydalı olacaq:
“Burada 100-dən çox alim iştirak edir”.
M.Şentop xatırladıb ki, Türkiyə rəsmiləri ilk ziyarətlərini Azərbaycana, Azərbaycan rəsmiləri isə Türkiyəyə edirlər: “Bu, çox önəmli məsələdir”.