Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li Litzenbergerlə görüşüb.
Daimi nümayəndəlikdən "Report"a bildirilib ki, görüşdə ölkələrimiz arasındakı siyasi, iqtisadi münasibətlər, yüksəksəviyyəli tərəfdaşlıq, Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin möhkəmləndirilməsi, regional təhlükəsizlik, enerji təhlükəsizliyi məsələləri, Zəngəzur dəhlizinin açılması, rəsmi səfərlər, qarşıda duran vəzifələr və digər mövzularda səmimi müzakirələr aparılıb.