Naxçıvanda “100-cü ilində Türkiyə Cümhuriyyəti” adlı konfrans keçirilib

Naxçıvanda “100-cü ilində Türkiyə Cümhuriyyəti” adlı konfrans keçirilib AMEA Naxçıvan Bölməsində qardaş Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə elmi konfrans keçirilib.
Xarici siyasət
28 Oktyabr , 2023 11:12
Naxçıvanda “100-cü ilində Türkiyə Cümhuriyyəti” adlı konfrans keçirilib

AMEA Naxçıvan Bölməsində qardaş Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə elmi konfrans keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, tədbirdə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya çıxış ediblər.

Asip Kaya Türkiyə Cümhuriyyətinin olduqca çətin şəraitdə yaradıldığını bildirib. Baş konsul istiqlala gedən yolda Azərbaycan xalqının türk qardaşlarına dəstəyindən, eləcə də Kazım Qarabəkir Paşa və Nuru Paşanın rəhbərliyi ilə Naxçıvan və Bakının azad edilməsindəki xidmətlərindən bəhs edib.

Türkiyə və Azərbaycanın sarsılmaz bağlarla bir-birinə bağlandığını söyləyən baş konsul yaxın tarixdə iki ölkə arasında inkişaf edən siyasi, iqtisadi və mədəni münasibətlərdən danışıb. Bu münasibətlərin davamı olaraq Naxçıvanda elm, təhsil və digər mədəni sahələrdə bir sıra işlərin görüldüyünü diqqətə çatdıran natiq gələcəkdə görülməsi nəzərdə tutulan işlərdən söz açıb, hər iki ölkə arasında tarixi və mədəni bağların gənc nəslə çatdırılmasının vacibliyini dilə gətirib. Millətimizin və dövlətlərimizin gələcək inkişafında bilikli, zəngin dünyagörüşünə sahib gənclərin rolunu qeyd edib.

Çıxışların ardından konfans məruzələrin təqdimatı ilə öz işini davam etdirib.

Son xəbərlər

Orphus sistemi