Türkiyə və Naxçıvan arasında əlaqələrin genişlənməsi üçün mütəmadi olaraq işlər görülür.
"Report"un yerli bürosu xəbər verir ki, bunu Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya Cümhuriyyətin yaradılmasının 101-ci ildönümü münasibətilə təşkil edilən tədbirdən sonra jurnalistlərə müsahibəsində deyib.
“Bildiyiniz kimi İğdır-Naxçıvan qaz kəmərinin təməli ötən ilin sentyabr ayında hər iki ölkənin Prezidenti tərəfindən atılıb. Qaz kəmərinin tikintisinin önümüzdəki günlərdə tamamlanacağı gözlənilir”, - Baş konsul bildirib.
A.Kaya qeyd edib ki, Türkiyə və Azərbaycan arasında olan qardaşlıq bütün dünyaya örnəkdir:
"Xalqlarımızın dostluq, qardaşlıq bağları lap qədimlərə söykənir. Sevincdə, kədərdə hər zaman bir birimizin yanında olmuşuq. Türkiyə-Azərbaycan münasibətləri, bu xüsusda Türkiyə-Naxçıvan əlaqələri hər keçən gün daha da genişlənir”.
Naxçıvanda Türkiyə Cümhuriyyətinin 101-ci ildönümü münasibətilə tədbir keçirilir.
"Report"un yerli bürosu xəbər verir ki, əvvəlcə Azərbaycan və Türkiyə şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hər iki ölkənin dövlət himnləri səsləndirilib.
Tədbirdə rəsmi şəxslər, konsulluq əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edirlər.