Naycel Ellvey: “KİV mina təhlükəsi ilə mübarizə üçün çox mühüm vasitədir”

Naycel Ellvey: “KİV mina təhlükəsi ilə mübarizə üçün çox mühüm vasitədir” “KİV Azərbaycanın üzləşdiyi mina təhlükəsi ilə bağlı məsələləri işıqlandırmaq üçün mühüm vasitədir”.
Xarici siyasət
28 Noyabr , 2023 16:22
Naycel Ellvey: “KİV mina təhlükəsi ilə mübarizə üçün çox mühüm vasitədir”

“Kütləvi İnformasiya Vasitələri (KİV) Azərbaycanın üzləşdiyi mina təhlükəsi ilə bağlı məsələləri işıqlandırmaq üçün mühüm vasitədir”.

Bunu “Report”a açıqlamasında “Revive” minalarla mübarizə üzrə qeyri-hökumət təşkilatının (Böyük Britaniya) direktoru Naycel Ellvey Azərbaycandakı mina probleminə beynəlxalq strukturların biganə münasibətini şərh edərkən deyib.

Onun sözlərinə görə, bu gün KİV tez-tez gündəmi müəyyən edir, ona görə də jurnalistlərin ötürdüyü məlumatların beynəlxalq strukturlar üçün əhəmiyyətli olması vacibdir.

“KİV-lərin diqqət yetirdiyi sahəyə siyasətçilər də diqqət yetirirlər”, - deyən N.Ellvey Ukrayna və İsraili misal göstərib.

Son xəbərlər

Orphus sistemi