Nazim Çavuşoğlu: Şimali Kipr bir neçə azərbaycanlı şəhid ailəsi üzvlərinə təhsil təqaüdü verəcək

Nazim Çavuşoğlu: Şimali Kipr bir neçə azərbaycanlı şəhid ailəsi üzvlərinə təhsil təqaüdü verəcək Şimali Kipr Türk Cümhuriyyəti bir neçə azərbaycanlı şəhid ailəsi üzvülərinə təhsil təqaüdü verəcək.
Xarici siyasət
30 May , 2024 18:04
Nazim Çavuşoğlu: Şimali Kipr bir neçə azərbaycanlı şəhid ailəsi üzvlərinə təhsil təqaüdü verəcək

Şimali Kipr Türk Cümhuriyyəti bir neçə azərbaycanlı şəhid ailəsi üzvlərinə təhsil təqaüdü verəcək.

Bunu "Report"a müsahibəsində Şimali Kipr Türk Cümhuriyyətinin milli təhsil naziri Nazim Çavuşoğlu deyib.

Nazir bildirib ki, Şimali Kipr turistik ölkədir və kifayət qədər təhlükəsiz yerdir: "Şimali Kipr, eyni zamanda, fikir, söz azadlığının olduğu bir yerdir. Bu mənada, orada təhsil almaq azərbaycanlı tələbələrin öz dünyagörüşlərini genişləndirməsi üçün faydalı ola bilər. Biz, həmçinin azərbaycanlı şəhid ailəsinin üzvü olan bir neçə tələbəyə təqaüd verməyi planlaşdırırıq".

"Hesab edirəm ki, Türkiyə, Azərbaycan və Şimali Kipr dostluğunun, “tək millət, üç dövlət” anlayışının sadəcə sözdən ibarət olmadığını göstərməliyik. Əminəm ki, bizim birliyimiz ölkələrimizi daha da güclü edəcək", - N.Çavuşoğlu vurğulayıb.

Müsahibənin tam mətni ilə buradan tanış olmaq olar.

Son xəbərlər

Orphus sistemi