"Azərbaycan və Pakistan arasında dost və qardaş münasibətləri var. Bu münasibətlər özünü strateji tərəfdaşlıqda büruzə verir".
"Report"un xəbərinə görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının açılışında çıxışı zamanı deyib.
"Bu əlaqələr iqtisadi münasibətlərin dərinləşməsinə və iki ölkədə bazar imkanlarının istifadəsinə imkan verir", - nazir müavini bildirib.
O qeyd edib ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan həm Pakistan dövlətinin, həm də Pakistan xalqının böyük dəstəyini hiss edib.