Nazir müavini: “Qarabağın azad edilməsi Azərbaycanla Qətər arasında münasibətlər üçün yeni imkanlar açır”

Nazir müavini: “Qarabağın azad edilməsi Azərbaycanla Qətər arasında münasibətlər üçün yeni imkanlar açır” “Azərbaycanla Qətər arasında iqtisadi əlaqələri yaxşılaşdırmaq lazımdır, bunun üçün böyük potensial var”.
Xarici siyasət
22 Noyabr , 2023 13:22
Nazir müavini: “Qarabağın azad edilməsi Azərbaycanla Qətər arasında münasibətlər üçün yeni imkanlar açır”

“Azərbaycanla Qətər arasında iqtisadi əlaqələri yaxşılaşdırmaq lazımdır, bunun üçün böyük potensial var”.

“Report” xəbər verir ki, bunu Qətərin “The Peninsula” nəşrinə müsahibəsində Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev deyib.

“Düşünmürəm ki, hazırda iqtisadi əlaqələr istənilən səviyyədədir, lakin mümkün qədər tez istifadə etməyə çalışacağımız böyük potensial var”, - o vurğulayıb.

Y.Rəfiyev əlavə edib ki, bu mənada işğaldan azad edilmiş ərazilər əməkdaşlıq üçün yeni imkanlar açır.

Onun sözlərinə görə, əməkdaşlığın dərinləşdirilməsi istiqamətində atılan bariz addımlardan biri Qətərlə Azərbaycan arasındakı birgə komissiya çərçivəsində investisiya qrupunun yaradılması olacaq.

Nazir müavininin fikrincə, bu qrup Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun 2024-cü ildə Qətərə gözlənilən səfərindən sonra formalaşdırıla bilər.

O vurğulayıb ki, Fars Körfəzi regionu Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir və Qətər ölkənin diqqət mərkəzindədir.

Son xəbərlər

Orphus sistemi