Nümayəndə: “Tayvan Qarabağdakı yenidənqurma işlərində iştirak edə bilər”

Nümayəndə: “Tayvan Qarabağdakı yenidənqurma işlərində iştirak edə bilər” “Qarabağdakı yenidənqurmada Tayvanın da müvafiq qurumlarının iştirakı mümkün ola bilər”.
Xarici siyasət
20 Dekabr , 2023 16:06
Nümayəndə: “Tayvan Qarabağdakı yenidənqurma işlərində iştirak edə bilər”

Tayvanın müvafiq qurumları Qarabağdakı yenidənqurmada iştirak edə bilər.

Bunu Tayvan Çin Respublikasının Ankaradakı Taypey İqtisadi və Mədəniyyət Missiyasının nümayəndəsi Çih-Yanq Huanq “Report”un Ankara bürosuna müsahibəsində bildirib.

Onun sözlərinə görə, Tayvan inşaat sahəsində tam təchizat zəncirinə malik olduğu üçün tikinti ilə bağlı sənayedə müxtəlif səviyyələrdə fəaliyyət göstərir, həmçinin müxtəlif beynəlxalq əhəmiyyətli infrastruktur layihələrində və yenidənqurma planlarında iştirak edir:

“Ümid edirik ki, Qarabağ bazarı da daxil olmaqla, yenidənqurmada ölkəmizin müvafiq biznes qurumlarının iştirakı asanlaşacaq. Bununla belə, biz daha çox məlumat və etibarlı əlaqələrə malik olmaq istəyirik ki, mümkün və möhkəm plan tezliklə hazırlansın və həyata keçirilsin”, - nümayəndə bildirib.

Tayvan Çin Respublikasının Türkiyənin paytaxtı Ankaradakı Taypey İqtisadi və Mədəniyyət Missiyasının nümayəndəsi Çih-Yanq Huanqın geniş müsahibəsini buradan oxuya bilərsiniz.

Son xəbərlər

Orphus sistemi