Nyu-Yorkda BMT Baş Assambleyasının Yüksək səviyyəli həftəsinə start verilib. Həftə çərçivəsində dövlət və hökumət başçıları və nazirlərin iştirakı ilə siyasi müzakirələr aparılacaq.
“Report” xəbər verir ki, tədbiri ənənəvi olaraq açıq elan edən BMT Baş katibi Antoniu Quterriş beynəlxalq ictimaiyyət qarşısında duran əsas vəzifələri və çağırışları ifadə edib.
Onun ardınca Baş Assambleya iştirakçılarına Braziliya Prezidenti Jair Bolsonaru, daha sonra isə ABŞ Prezidenti Cozef Bayden müraciət edəcək.
BMT Baş Assambleyasının Yüksək səviyyəli həftəsinə sentyabrın 27-si yekun vurulacaq.
Xatırladaq ki, BMT Baş Assambleyasının 76-cı sessiyasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iştirak edəcək.