"Cənub Qaz Dəhlizi Avropa İttifaqı üçün mühüm əhəmiyyət kəsb edir".
“Report” xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) genişləndirmə və qonşuluq siyasəti üzrə komissarı Oliver Varhelyi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.
Komissar qeyd edib ki, Avropa İttifaqı Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır:
“Biz nəinki Aİ ölkələri, eləcə də Balkan ölkələri üçün qaz tədarükü arzusundayıq”, - Aİ rəsmisi Azərbaycanı Avropanın etibarlı tərəfdaşı və enerji daşıyıcıları təchizatçısı olaraq dəyərləndirib.