Ombudsman: "Ermənistanın müharibə cinayətləri ilə bağlı beynəlxalq qurumlara müraciətlərimiz davam edir"

Ombudsman: "Ermənistanın müharibə cinayətləri ilə bağlı beynəlxalq qurumlara müraciətlərimiz davam edir" “Uzun illər torpaqlarımızın işğal altında qalması regionda sülh və əmin-amanlığa zərbə vurmaqla yanaşı, həm də ciddi ekoloji çirklənmə problemi yaradıb”.
Xarici siyasət
12 Yanvar , 2023 16:18
Ombudsman: Ermənistanın müharibə cinayətləri ilə bağlı beynəlxalq qurumlara müraciətlərimiz davam edir
Səbinə Əliyeva

“Uzun illər torpaqlarımızın işğal altında qalması regionda sülh və əmin-amanlığa zərbə vurmaqla yanaşı, həm də ciddi ekoloji çirklənmə problemi yaradıb”.

“Report”un Ankara bürosunun xəbərinə görə, bu sözləri Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Türkiyənin paytaxtında keçirilən “21-ci əsrdə insan hüquqlarının gələcəyi” adlı beynəlxalq konfransda çıxışında deyib.

Onun sözlərinə görə, müharibə müddətində beynəlxalq humanitar hüquq normalarına riayət olunması və mülki şəxslərin hüquqlarının müdafiəsi istiqamətində insan hüquqları institutlarının üzərinə düşən vəzifələr böyük əhəmiyyəti daşıyır.

Ombudsman bildirib ki, müharibə zamanı və müharibədən sonra insan hüquqları ilə bağlı vəziyyəti araşdırmaq, hüquq pozuntuları ilə bağlı lazımi orqanlara, o cümlədən beynəlxalq qurumlara müraciətlər davam edir.

Son xəbərlər

Orphus sistemi