Türk Dövlətləri Təşkilatının (TDT) bugünkü Zirvə görüşü və onun yekunları üzrə imzalanacaq sənədlər ölkələr arasında inkişaf edən əməkdaşlığın parlaq nümunəsidir.
“Report” xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Bişkekdə keçirilən TDT Dövlət Başçılarının 11-ci Zirvə görüşündə çıxışı zamanı bildirib.
"Əminəm ki, bu əsasda biz Türk dünyasını daha da möhkəmləndirə, onun nüfuzunu artıra, qarşılıqlı faydalı və dostluq münasibətlərimizi dərinləşdirə və əməkdaşlığımızı yeni səviyyəyə çatdıra biləcəyik", - o qeyd edib.