Pakistan səfiri: "Azərbaycan Kəşmir məsələsində aydın mövqe nümayiş etdirir"

Pakistan səfiri: "Azərbaycan Kəşmir məsələsində aydın mövqe nümayiş etdirir" “Pakistanda olduğu kimi Azərbaycanda da müxtəlif dinlərin nümayəndələri sülh içində yaşayır”.
Xarici siyasət
5 Avqust , 2021 16:39
Pakistan səfiri: Azərbaycan Kəşmir məsələsində aydın mövqe nümayiş etdirir

“Pakistanda olduğu kimi, Azərbaycanda da müxtəlif dinlərin nümayəndələri sülh içində yaşayırlar”.

“Report” xəbər verir ki, bunu Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Haye Cammu və Kəşmirin statusunun ləğv edilməsinin ikinci ildönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.

Səfir Kəşmir məsələsində Pakistana dəstək olduğuna görə Azərbaycana öz minnətdarlığını bildirərək əlavə edib ki, Azərbaycan sarsılmaz dəstək verdi, Prezident İlham Əliyev bu məsələdə mövqeyini dəqiq və aydın şəkildə nümayiş etdirdi.

Bilal Haye başqa ölkələrdən fərqli olaraq, Azərbaycanın ikili standartlara yol vermədiyini deyib.

O, həmçinin yaxın zamanlarda İslam Əməkdaşlıq Təşkilatı (İƏT) nümayəndələrinin Azad Kəşmirə səfər edəcəklərini bildirib. Səfir deyib ki, Pakistan Cammu və Kəşmirə də səfər təşkil etmək istəsə də, Hindistan tərəfi müstəqil jurnalistləri, beynəlxalq təşkilatların nümayəndələrini və xarici müşahidəçiləri ora buraxmır.

Səfir Kəşmir məsələsinin son zamanlarda 3 dəfə beynəlxalq təşkilatların müzakirəsinə çıxarıldığını bildirib: “Avropa Parlamenti Kəşmirdəki vəziyyətlə bağlı dinləmələr keçirib və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra edilməsini tələb edir. İşğal edilmiş vilayətlərdə referendum keçirilməlidir ki, orada yaşayan insanlar hansı dövlətin tərkibində olmaq istədiklərinə səs versinlər. Pakistan Cammu və Kəşmirdə keçiriləcək referendumun nəticələrini qəbul edəcək”.

Xatırladaq ki, 2021-ci il avqustun 5-i Hindistanın beynəlxalq şəkildə mübahisəli tanınmış Cammu və Kəşmirin xüsusi statusunun ləğv edilməsi ilə bağlı qərar qəbul etməsinin ikinci ildönümü tamam olur. Pakistan tərəfi 2019-ci il avqustun 5-i baş vermiş hadisələri BMT Təhlükəsizlik Şurasının 91-ci və 122-ci qətnamələrinin və dördüncü Cenevrə Konvensiyasının kobud şəkildə pozulması kimi qəbul edir.

Son xəbərlər

Orphus sistemi