Parisdə Azərbaycanın müstəqilliyinin 106 illiyinə həsr olunmuş konsert keçirilib

Parisdə Azərbaycanın müstəqilliyinin 106 illiyinə həsr olunmuş konsert keçirilib Fransanın paytaxtı Parisdə Fransada Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı, Azərbaycanın Fransadakı səfirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycan Respublikasının müstəqilliyinin 106-cı ilinə həsr olunmuş konsert k
Xarici siyasət
29 May , 2024 18:06
Parisdə Azərbaycanın müstəqilliyinin 106 illiyinə həsr olunmuş konsert keçirilib

Fransanın paytaxtı Parisdə Fransada Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı, Azərbaycanın Fransadakı səfirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycan Respublikasının müstəqilliyinin 106-cı ilinə həsr olunmuş konsert keçirilib.

"Report"un Fransa bürosu xəbər verir ki, tədbirdə Azərbaycanın Fransadakı səfiri Leyla Abullayeva, Fransa parlamentinin üzvü Andre Vilye, fransalı iş adamları, incəsənət xadimləri, professorlar, jurnalistlər və digər şəxslər iştirak ediblər.

Səfir Leyla Abdullayeva ölkənin müstəqillik uğrunda keçdiyi yoldan danışıb. Bildirib ki, 106 il əvvəl mayın 28-də müsəlman dünyasında ilk parlamentli demokratik dövlət - Azərbaycan Xalq Cümhuriyyəti (AXC) yaradılıb. Səfir deyib ki, birinci respublika demokratiya quruculuğu istiqamətində mühüm nailiyyətlərə nail olub və ən böyük uğurlarından biri də qadınlara səsvermə hüququnu verməsidir.

Səfir 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanın keşməkeşli illər yaşadığını, dövlətçiliyinin qoruyub saxlamaq üçün mübarizə apardığını xatırladıb. Qeyd edib ki, Ulu Öndərin ölkədə apardığı köklü islahatlar və dəqiq müəyyən edilmiş strategiyası Azərbaycanı dinamik inkişafa malik müasir dövlətə çevirib.

L.Abdullayeva ölkəmizin bu ilin sonunda COP29 qlobal konfransına ev sahibliyi edəcəyinə də toxunub. O, bunun qürur mənbəyi olmaqla bərabər, böyük çağırış və məsuliyyət olduğunu qeyd edib.

Tədbirdə çıxış edən Fransada Azərbaycanın Dostları Assosiasiyasının idarə heyətinin üzvü Jerom Begən Azərbaycanın beynəlxalq arenada layiqli yerini tutduğundan, müstəqilliyindən bəri demokratik dövlətə çevrildiyindən danışıb.

Konsertdə azərbaycanlı pianoçu Nazxanım Dadaşova və azərbaycanlı soprano müğənnisi Gülsüm Xəlilova Azərbaycan və xarici bəstəkarların əsərlərini ifa ediblər. Konsertdə Azərbaycan xalq mahnısı "Sarı gəlin", "Laçın", Küçələrə su səpmişəm", Qara Qarayevin "İnsan məskən salır", Niyazinin "Arzu" və digər musiqiləri səsləndirilib.

Tədbirdə, eyni zamanda məşhur mügənni Coni (Jahid Hüseyinli) xalq mahnısı "Sagı gəlin"i ifa edib.

Konsert bayram ziyafəti ilə sona çatıb.

Son xəbərlər

Orphus sistemi