Sergey Lavrovla MDB ölkələrinin Rusiyadakı səfirləri arasında görüş keçirilib

Sergey Lavrovla MDB ölkələrinin Rusiyadakı səfirləri arasında görüş keçirilib Rusiya xarici işlər naziri Sergey Lavrovla MDB ölkələrinin Rusiyadakı səfirləri arasında ənənəvi görüş keçirilib.
Xarici siyasət
19 Yanvar , 2022 18:12
Sergey Lavrovla MDB ölkələrinin Rusiyadakı səfirləri arasında görüş keçirilib

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla MDB ölkələrinin Rusiyadakı səfirləri arasında ənənəvi görüş keçirilib.

“Report”un Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib.

Görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak edib.

“Söhbət zamanı MDB çərçivəsində 2021-ci ildəki çoxşaxəli əməkdaşlıqla bağlı yekunlar müzakirə edilib, gələcəklə bağlı MDB-də xarici siyasətin daha çox əlaqələndirilməsini əsas götürən başlıca vəzifələr müəyyənləşdirilib”, - açıqlamada qeyd olunur.

Görüşdə, həmçinin əsas beynəlxalq və regional məsələlərə dair fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi