Politoloq: “Macarıstan Azərbaycanla enerji sahəsində əməkdaşlıqda maraqlıdır”

Politoloq: “Macarıstan Azərbaycanla enerji sahəsində əməkdaşlıqda maraqlıdır” “Macarıstan Azərbaycanla enerji sahəsində əməkdaşlıqda maraqlıdır, həmçinin SPECA ölkələri ilə güclü əlaqələr yaratmağa çalışır”.
Xarici siyasət
30 Noyabr , 2023 11:09
Politoloq: “Macarıstan Azərbaycanla enerji sahəsində əməkdaşlıqda maraqlıdır”

“Macarıstan Azərbaycanla enerji sahəsində əməkdaşlıqda maraqlıdır, həmçinin SPECA ölkələri ilə güclü əlaqələr yaratmağa çalışır”.

Bu barədə "Report"a macarıstanlı politoloq Tibor Attila Nad məlumat verib.

O qeyd edib ki, Macarıstanla digər Qərb ölkələri arasında mövcud qarşıdurma şəraitində Baş nazir Viktor Orban hökuməti əks balans kimi Şərqin bəzi ölkələri ilə, məsələn, Türk Dövlətləri Təşkilatının (TDT) üzvləri ilə möhkəm əlaqələr qurmağa çalışır.

Politoloq bildirib ki, Macarıstan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişafında maraqlıdır, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündə baş nazir Viktor Orbanın iştirakı buna sübutdur: “Onun SPECA Zirvə görüşündə iştirakının əsas məqsədi yeni razılaşmalar üçün zəmin yaratmaq ola bilər”.

Ekspert qeyd edib ki, Azərbaycanla əməkdaşlıq Macarıstana təbii qaz tədarükünü şaxələndirməyə kömək edəcək, çünki Rusiya ilə əməkdaşlığın vacibliyinə baxmayaraq, Budapeşt Moskvadan asılılığını azaltmağa çalışır: “Hazırda Macarıstana təbii qaz tədarükünün təxminən yarısı Rusiyadan həyata keçirilir. Neft tədarükü ilə bağlı vəziyyət isə daha pisdir”.

Politoloq vurğulayıb ki, Macarıstan və Azərbaycan arasında bu ilin sonunadək 100 milyon kubmetr həcmində təbii qazın nəqlinə dair bağlanan saziş Macarıstan bazarının tələbatının böyük hissəsini ödəməsə də, enerji sektorunda gələcək əməkdaşlıqdan danışmaq olar.

Xatırladaq ki, noyabrın 24-də Bakıda, Heydər Əliyev Mərkəzində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündə Macarıstanın Baş naziri Viktor Orban fəxri qonaq qismində iştirak edib.

Son xəbərlər

Orphus sistemi