Polşa Prezidenti: "Azərbaycan Cənubi Qafqaz regionunda bizim üçün mühüm tərəfdaşdır"

Polşa Prezidenti: "Azərbaycan Cənubi Qafqaz regionunda bizim üçün mühüm tərəfdaşdır" Polşa Respublikasının Prezidenti Andjey Duda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Xarici siyasət
27 May , 2022 13:05
Polşa Prezidenti: Azərbaycan Cənubi Qafqaz regionunda bizim üçün mühüm tərəfdaşdır

Polşa Respublikasının Prezidenti Andjey Duda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Report"un məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Polşa xalqı adından və şəxsən öz adımdan Sizə, ölkənizin bütün vətəndaşlarına səmimi-qəlbdən təbriklərimi və xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

2022-ci ildə biz Polşa Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd edirik. Bu müddət ərzində çox yaxşı səviyyədə olan siyasi münasibətləri inkişaf etdirməyə, ticarət əlaqələrini, ənənəvi dostluğu və əməkdaşlığı dərinləşdirməyə nail olduq.

Azərbaycan Respublikası Cənubi Qafqaz regionunda bizim üçün mühüm tərəfdaşdır. 2017-ci ildə Varşavaya səfəriniz zamanı Polşa Respublikası ilə Azərbaycan Respublikası arasında imzalanmış Strateji Tərəfdaşlıq və İqtisadi Əməkdaşlığa dair Yol Xəritəsi haqqında Birgə Bəyannamə münasibətlərimizin inkişaf istiqamətlərini müəyyən edən sənəd olaraq qalır. Dövlətlərimiz, xalqlarımız arasında əlaqələrin və əməkdaşlığın istər ikitərəfli formatda, istərsə də beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı çərçivəsində bundan sonra da uğurla inkişaf edəcəyinə əminəm.

Cənab Prezident, icazə verin, milli bayramınız münasibətilə bütün Azərbaycan vətəndaşlarına bir daha təbriklərimi çatdırım".

Son xəbərlər

Orphus sistemi