Biz yeni layihələr üzərində də işləyirik və onlardan biri yaşıl enerji layihəsidir.
"Report" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev martın 16-da Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşdən sonra mətbuata bəyanatındabildirib.
Azərbaycanın və Gürcüstanın digər ölkələrlə bərabər çox böyük və genişmiqyaslı layihənin icrasına başladığını vurğulayan dövlət başçısı deyib: Hesab edirəm ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars kimi uğur gətirən layihələr yaşıl enerji layihəsi üçün örnək olacaq və yaşıl enerji layihəsi eyni müvəffəqiyyətlə icra ediləcək. Buna da böyük tələbat var. Həm Gürcüstanın, həm də Azərbaycanın çox böyük bərpaolunan enerji potensialı var”.