Prezident İlham Əliyev: Trampa qarşı siyasi zorakılıq aktını şiddətlə qınayırıq

Prezident İlham Əliyev: Trampa qarşı siyasi zorakılıq aktını şiddətlə qınayırıq Trampa qarşı edilən hücum şok və dəhşət doğurur.
Xarici siyasət
14 İyul , 2024 09:53
Prezident İlham Əliyev: Trampa qarşı siyasi zorakılıq aktını şiddətlə qınayırıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ-nin Pensilvaniya ştatında Respublikaçılar Partiyasının builki prezident seçkilərində namizədi Donald Trampa qarşı təşkil olunmuş sui-qəsdlə əlaqədar sosial şəbəkə hesablarında paylaşım edib.

"Report" paylaşımı təqdim edir:

“Prezident Trampa qarşı edilən hücum şok və dəhşət doğurur. Biz bu siyasi zorakılıq aktını şiddətlə qınayırıq. Prezident Trampın tezliklə sağalmasını arzu edirik”.

Xatırladaq ki, ABŞ-ın Pensilvaniya ştatında Donald Trampın mitinqi zamanı atəş açılıb, siyasətçi xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi