Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin icrasına başlama mərasimində iştirak etmək üçün iyunun 3-də Ankaraya işgüzar səfərə gəlib.
"Report" xəbər verir ki, Ankara şəhərinin Esenboğa Hava Limanında dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər qarşılayıblar.
![](https://static.report.az/photo/39246cc8-1b6d-37a8-b67d-9358ab5fe8cb_300.jpg)
![](https://static.report.az/photo/7eccb9e1-f2fb-3831-a424-cbeb9bd2dce8_300.jpg)