Prezidentin köməkçisi anti-Azərbaycan hesabatı hazırlayan vəkilin ittihamlarına cavab verib
Prezidentin köməkçisi anti-Azərbaycan hesabatı hazırlayan vəkilin ittihamlarına cavab veribAzərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qərəzli anti-Azərbaycan hüquqi hesabat hazırlayan vəkil Luis Moreno Okamponun "MediaPart" saytında yayımlanmış məqaləsindəki ittih
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qərəzli, anti-Azərbaycan hüquqi hesabat hazırlayan vəkil Luis Moreno Okamponun ittihamlarına cavab verib.
"Report" xəbər verir ki, Hikmət Hacıyev sosial şəbəkə hesabındakı paylaşımında Okamponun əslində kim olduğu barədə faktlar ortaya qoyub.
Belə ki, Okampo Beynəlxalq Cinayət Məhkəməsində baş prokuror vəzifəsində çalışarkən dünyanın ən bədnam vergi sığınacağında bəzi şirkətləri idarə edib.
Bununla yanaşı, Xocalı soyqırımını törətmiş hərbi cinayətkar olan Ermənistanın eks-prezidenti Serj Sarkisyanın İrəvanda Okamponu qarşılaması bildirilir.
"Bu cür qaranlıq keçmişə malik olan şəxs öz qərəzli hesabatında Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarını və Laçın yolunun fəaliyyəti ilə bağlı real vəziyyəti bilərəkdən təhrif edir", - H.Hacıyev qeyd edib.
1. Who is a lawyer Luis M.Ocampo author of biased anti-Azerbaijani legal report containing accusations of "genocide"? "Lawyer Luis M.Ocampo managed companies based in some of the most notorious tax havens of the world while serving as chief prosecutor at ICC" [MediaPart]. pic.twitter.com/54woK7Vg9P