Qarabağda minatəmizləmə işlərinin ləng aparılmasının əsas səbəbi açıqlanıb

Qarabağda minatəmizləmə işlərinin ləng aparılmasının əsas səbəbi açıqlanıb Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Metodologiya və qiymətləndirmə şöbəsinin müdiri Adil Aslanov bildirib ki, ermənilər Qarabağda mərhələli mina basdırılmasından istifadə ediblər.
Xarici siyasət
7 Dekabr , 2023 16:20
Qarabağda minatəmizləmə işlərinin ləng aparılmasının əsas səbəbi açıqlanıb

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Metodologiya və qiymətləndirmə şöbəsinin müdiri Adil Aslanov ermənilərin Qarabağda mərhələli mina basdırılmasından istifadə etdiyini bildirib.

"Report"un Qarabağ bürosu xəbər verir ki, o, bu barədə Ağdamda keçirilən beynəlxalq forumda danışıb.

ANAMA rəsmisi qeyd edib ki, ərazilərin təmizlənməsi istiqamətində aparılan işlər zamanı ən çox rast gəlinən mərhələli mina basdırılması üsuludur: "Belə ki, təmizləmə əməliyyatı apardığımız hər yerdə, xüsusilə "Zəfər yolu" və digər kommunikasiya xətlərinin keçdiyi zonalarda bu cür hallara daha çox rast gəlinir. İşğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi istiqamətində işlərin ləng aparılmasının əsas səbəbi də basdırılan minaların bir neçə mərhələdən ibarət olmasıdır. Bu cür halların qarşıya çıxması insanların həyatı üçün ciddi təhlükə yaradır."

A.Aslanov qarşıya çıxan problemin çətinliyinə baxmayaraq, ərazilərin tam təmizlənməsi yolunda daha ciddi və sayıq çalışdıqlarını vurğulayıb.

Qeyd edək ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı və Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) dəstəyilə dünən Bakıda start götürən “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı beynəlxalq forum bu gün işğaldan azad edilən Ağdam şəhərində davam etdirilir.

Son xəbərlər

Orphus sistemi