Qardabanidə “İlham Əliyevin Gürcüstan siyasəti: enerji strategiyası kontekstində” kitabının təqdimatı olub

Qardabanidə “İlham Əliyevin Gürcüstan siyasəti: enerji strategiyası kontekstində” kitabının təqdimatı olub Gürcüstanın Qardabani rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “İlham Əliyevin Gürcüstan siyasəti: enerji strategiyası kontekstində” kitabının təqdimat mərasimi keçirilib.
Xarici siyasət
2 Dekabr , 2023 20:38
Qardabanidə “İlham Əliyevin Gürcüstan siyasəti: enerji strategiyası kontekstində” kitabının təqdimatı olub

Gürcüstanın Qardabani rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “İlham Əliyevin Gürcüstan siyasəti: enerji strategiyası kontekstində” kitabının təqdimat mərasimi keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşları, elm adamları, Azərbaycandan gəlmiş qonaqlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Kitabın müəllifləri Azərbaycanın Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun böyük elmi işçisi Natəvan Cəfərova və elmi işçi Kamran Ramazanlıdır.

Qeyd edək ki, kitab Azərbaycan və gürcü dillərindədir.

Son xəbərlər

Orphus sistemi