“Bildiyiniz kimi, ulu babalarımız böyük xoca Əhməd Yəsəvidən dini biliklər alıb türk-islam mədəniyyətini dünyaya yayıblar. Türk xalqı Kiçik Asiyaya üz tutanda bütün bu dəyərlər kökləri qorumaq və səylərimizi gücləndirmək üçün əsas olub”.
“Report” xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türk Şurasının qeyri-rəsmi Zirvə toplantısında deyib.
“Məqsədimiz Türk dünyasını 21-ci əsrdə ən vacib iqtisadi, mədəni və humanitar məkanlardan birinə çevirməkdir”, - o vurğulayıb.