Qazaxıstanın Azərbaycandakı səfirliyi 1990-cı ilin 20 Yanvar faciəsi ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.
“Report” xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin “Facebook” səhifəsində yayımlanan bəyanatında deyilir.
“20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Qazaxıstan səfirliyi səmimi qəlbdən Azərbaycan xalqının dərdinə şərik olduğunu bildirir və azadlıq naminə şəhid olan günahsız qurbanların əziz xatirəsini ehtiramla yad edir", - səfirliyin açıqlamasında vurğulanıb.