Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycanın bu ölkəyə təyin olunan səfiri Lətif Qəndilovun etimadnaməsini qəbul edib.
“Report” “knews.kg”yə istinadən xəbər verir ki, bu barədə dövlət başçısının Mətbuat Xidməti məlumat yayıb.
Qırğız Prezidenti səfirlə ikitərəfli münasibətlərə dair məsələləri də müzakirə edib.
Qeyd edək ki, S.Japarov İsveçrənin yeni təyin olunan səfiri Olive Banqerter və Monqolustanın yeni səfiri Qanxuyaq Sodnun da etimadnaməsini qəbul edib.